Menyu

“Everton” Ceymi Vardini transfer etmək istəyir

Operativ Media
“Everton” Ceymi Vardini transfer etmək istəyir

“Everton” İngiltərə millisinin və “Lester”in sabiq hücumçusu Ceymi Vardini heyətinə qatmaqda maraqlıdır.

Operativ Media xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.

Məlumata görə, 39 yaşlı forvard yay transfer pəncərəsində yeni hücumçu tapa bilməyən Liverpul təmsilçisinin diqqətini cəlb edib. Hazırda “Everton”un sərəncamında 18 meydan oyunçusu qalıb.

Vardinin son klubu İtaliyanın “Kremoneze” komandası olub. O, 2025/26 mövsümündə keçirdiyi 29 matçda 7 qol vurub və 2 məhsuldar ötürmə edib.

İtaliya klubu ilə müqaviləsi başa çatdıqdan sonra Vardi azad agent statusu alıb.

Ceymi Vardiyə həmçinin “San-Paulu”, “Rekshem” və “Vest Hem” klublarının da maraq göstərdiyi bildirilib.

“Transfermarkt” 39 yaşlı hücumçunun transfer dəyərini 1 milyon avro qiymətləndirir.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər