Menyu

“Cenoa” Robinyonun oğlunu heyətinə qatdı

Operativ Media
“Cenoa” Robinyonun oğlunu heyətinə qatdı
1 dəq oxu

İtaliyanın “Cenoa” klubu braziliyalı futbolçu Robinyo Junioru heyətinə qatıb.

Operativ Media xəbər verir ki, 18 yaşlı hücumçu 2026/27 mövsümünün sonuna qədər İtaliya təmsilçisində icarə əsasında çıxış edəcək.

Robinyo Junior “Real Madrid”, “Mançester Siti” və “Milan”ın sabiq hücumçusu Robinyonun oğludur.

“Transfermarkt” portalı futbolçunun transfer dəyərini 5 milyon avro qiymətləndirir.

Robinyo Junior peşəkar səviyyədə bütün turnirlərdə 27 oyunda meydana çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Əlaqəli Xəbərlər