Menyu

Meloni İlham Əliyevə təşəkkür edib

Operativ Media
Meloni İlham Əliyevə təşəkkür edib
1 dəq oxu

İtaliyanın Baş naziri Corcia Meloni Azərbaycan Prezidenti İlham Əliyevə xoş sözlərinə və iki ölkə arasında mövcud olan səmimi dostluğa görə təşəkkür edib.

Operativ Media xəbər verir ki, Meloni sosial şəbəkədə paylaşımında İtaliya və Azərbaycanın illər ərzində ortaq baxış və maraqlara əsaslanan möhkəm əməkdaşlıq qurduğunu bildirib.

O, iki ölkə arasında strateji tərəfdaşlığın gücləndirilməsi istiqamətində görülən birgə işlərdən qürur duyduğunu qeyd edib.

Meloni qarşıdakı dövrdə İtaliya və Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi üçün yeni və mühüm imkanların yaranacağına əminliyini ifadə edib.

Əlaqəli Xəbərlər