Menyu

Vüsal İsgəndərli Kosovada üç qol vurdu, komandası qalib gəldi

Operativ Media
Vüsal İsgəndərli Kosovada üç qol vurdu, komandası qalib gəldi
1 dəq oxu

Azərbaycan millisinin üzvü Vüsal İsgəndərli Kosova çempionatında het-trik edib.

Operativ Media xəbər verir ki, onun formasını geyindiyi “Malışeva” klubu Kosovo çempionatının IV turu çərçivəsində “Qilyani”ni qəbul edib.

Görüş ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə bitib. Matça start heyətində başlayan İsgəndərli 3 qola imza atıb. 

Bu, onun yeni komandasında ilk qolları olub. 

Əlaqəli Xəbərlər