Menyu

Pentaqonun keçmiş rəhbəri: ABŞ-İran münaqişəsi daha altı ay davam edə bilər

Operativ Media
Pentaqonun keçmiş rəhbəri: ABŞ-İran münaqişəsi daha altı ay davam edə bilər

ABŞ və İran arasında silahlı qarşıdurma daha altı ay davam edə bilər.

Operativ Media xəbər verir ki, bu fikri 2011-2013-cü illərdə ABŞ müdafiə naziri, 2009-2011-ci illərdə isə Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru olmuş Leon Panetta “The Guardian” qəzetinə müsahibəsində bildirib.

Panettanın sözlərinə görə, münaqişənin yaxın altı ay ərzində həll olunmaması ehtimalı var. O, ABŞ və İranın hazırda ciddi dalana dirəndiyini və müharibəni başa çatdırmaq üçün imkanların məhdud olduğunu qeyd edib.

Keçmiş Pentaqon rəhbəri hesab edir ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası Yaxın Şərqdə uzunmüddətli müharibəyə cəlb olunmaq riski ilə üzləşir. Panetta Vaşinqtonun İraq və Əfqanıstandakı müharibələrə bənzər daha bir uğursuz müharibəyə doğru getməsindən narahat olduğunu bildirib.

Onun fikrincə, Tramp qarşıdurmanın davamı ilə bağlı üç mümkün variant qarşısındadır. Birinci variant müharibənin uğursuz olduğunu qəbul edərək hərbi əməliyyatları dayandırmaqdır. Panetta bu ssenarini az ehtimallı hesab edir.

İkinci variant eskalasiyaya yol vermədən hava zərbələrini davam etdirməkdir. Keçmiş nazirin fikrincə, bu halda münaqişənin uzanması riski var.

Üçüncü variant isə Hörmüz boğazına nəzarəti ələ keçirməklə İranın əsas üstünlüyünü aradan qaldırmaqdır.

Qeyd edək ki, ABŞ və İsrail İrana qarşı müharibəyə fevralın 28-də başlayıb. İyun ayında Vaşinqton və Tehran bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dərhal dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalayıb.

Lakin iyulun 8-nə keçən gecə ABŞ İranın Hörmüz boğazı ilə bağlı razılaşmanın şərtlərini pozduğunu bildirərək ölkəyə genişmiqyaslı zərbələri bərpa edib.

Hörmüz boğazından dünya üzrə neft ticarətinin təxminən 25 faizi və mayeləşdirilmiş təbii qaz ticarətinin təxminən 20 faizi həyata keçirilir. Daha sonra ABŞ administrasiyası İrana qarşı genişmiqyaslı hərbi gücdən istifadənin dayandırılmasına və sanksiyalar vasitəsilə ölkəyə iqtisadi təzyiq göstərilməsinə keçidə dair siqnal verib.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər