İlham Əliyev və Putin arasında telefon danışığı olub - YENİLƏNİB
Sentyabrın 7-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Operativ Media xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Məlumata görə, telefon danışığı zamanı dövlət başçıları iqtisadi-ticari və humanitar əməkdaşlığın bir sıra aktual məsələlərini müzakirə ediblər.
İkitərəfli əlaqələrin müxtəlif səviyyələrdə intensivləşdirilməsi barədə razılıq əldə olunub.
***
13:03
Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı olub.
Operativ Media xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Məlumata görə, tərəflər Rusiya ilə Azərbaycan arasında iqtisadi və humanitar əməkdaşlığın aktual məsələlərini müzakirə ediblər.
Müxtəlif səviyyələrdə ikitərəfli əlaqələrin intensivləşdirilməsi barədə razılığa gəlinib.
dəqiqələr içində saytın olsun.