“France Football” "ilin ən yaxşı məşqçisi" namizədlərini açıqladı
“France Football” jurnalı 2026-cı ilin ən yaxşı məşqçisi adına namizədlərin siyahısını açıqlayıb.
Operativ Media xəbər verir ki, mükafat uğrunda “Arsenal”ın baş məşqçisi Mikel Arteta, İspaniya millisinin çalışdırıcısı Luis de la Fuente, “Aston Villa”nın baş məşqçisi Unai Emeri, “Bayern”in baş məşqçisi Vinsent Kompani və PSJ-nin baş məşqçisi Luis Enrike mübarizə aparacaq.
Arteta ilə “Arsenal” ötən mövsüm İngiltərə çempionu olub. De la Fuente İspaniya millisinin 2026-cı il dünya çempionatında qələbə qazanmasına rəhbərlik edib.
Emeri “Aston Villa” ilə 2025/26 mövsümündə Avropa Liqasının qalibi olub. Kompani “Bayern”i Bundesliqa çempionluğuna, Enrike isə PSJ-ni Fransa çempionluğu və ardıcıl ikinci dəfə Çempionlar Liqasının qələbəsinə aparıb.
Mükafatlandırma mərasimi oktyabrın 26-da Londonda keçiriləcək. Tədbir zamanı 2026-cı ilin “Qızıl top” mükafatının sahibi də açıqlanacaq.
dəqiqələr içində saytın olsun.