Flik: "Barselona" Çempionlar Liqasını qazanmaq üçün lazım olan keyfiyyətə malikdir"
“Barselona”nın baş məşqçisi Hansi Flik komandasının UEFA Çempionlar Liqasının qalibi olmaq üçün kifayət qədər potensiala malik olduğunu bildirib.
Operativ Media xəbər verir ki, Flik “Feyenoord”la Çempionlar Liqasının əsas mərhələsinin ilk turu öncəsi keçirilən mətbuat konfransında komandanın turnirdə uğur qazana biləcəyini deyib.
Almaniyalı mütəxəssis bütün böyük klubların Çempionlar Liqasının qalibi olmağı arzuladığını qeyd edib. Onun sözlərinə görə, “Barselona”nın bunu reallaşdırmaq üçün lazımi səviyyədə futbolçuları var, lakin qarşıda uzun yol dayanır.
Flik komandada çoxlu təcrübəli futbolçunun olduğunu və onların əsas vəzifəsinin hər oyunda qələbə qazanmaq olduğunu vurğulayıb.
Baş məşqçi Lamin Yamalın da oyunların taleyini təkbaşına dəyişə biləcəyini bildirib. Flikin sözlərinə görə, 19 yaşlı futbolçu gündən-günə inkişaf etməsindən məmnundur və yeni kapitanlıq rolundan da zövq alır.
O qeyd edib ki, Yamal üçün əsas məqsəd mümkün olan ən yüksək səviyyəyə çatmaqdır.
“Barselona” – “Feyenoord” qarşılaşması sentyabrın 9-da “Kamp Nou” stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə 21:45-də başlayacaq.
dəqiqələr içində saytın olsun.