Menyu

DYP və AYNA velosiped və skuterlərlə bağlı birgə nəzarət tədbirlərini gücləndirir

Operativ Media
DYP və AYNA velosiped və skuterlərlə bağlı birgə nəzarət tədbirlərini gücləndirir

Dövlət Yol Polisi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) velosiped və kiçik elektrik nəqliyyat vasitələrinin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə birgə nəzarət-profilaktik tədbirlər həyata keçirir.

Operativ Media xəbər verir ki, tədbirlərin əsas məqsədi velosiped və skuter istifadəçilərinin yol hərəkəti qaydalarına əməl etməsinə nail olmaq, mikromobillik vasitələrindən təhlükəsiz istifadə ilə bağlı maarifləndirməni gücləndirmək və bütün hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etməkdir.

Qurumlar velosiped və skuter sürücülərini məsuliyyətli olmağa, yol hərəkəti qaydalarına riayət etməyə və təhlükəsizlik tələblərini hər zaman nəzərə almağa çağırıb.

Qeyd olunub ki, bu istiqamətdə profilaktik tədbirlərin davam etdirilməsi mikromobillik vasitələrindən istifadənin daha təhlükəsiz və qaydalara uyğun təşkilinə xidmət edəcək.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər