Menyu

Qazaxıstan və Azərbaycan Xəzərdə sərnişin daşımalarını bərpa etməyi planlaşdırır

Operativ Media
Qazaxıstan və Azərbaycan Xəzərdə sərnişin daşımalarını bərpa etməyi planlaşdırır

Qazaxıstan Bakı limanları arasında dəniz sərnişin daşımalarının bərpa edilməsini planlaşdırır.

Operativ Media xəbər verir ki, bu barədə Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel məlumat verib.

Səfirin sözlərinə görə, bu təşəbbüsü Qazaxıstan tərəfi irəli sürüb.

“Qazaxıstan və Azərbaycan Xəzərdə sərnişin daşımalarını bərpa edəcək. Azərbaycanın Qazaxıstanın təklifini dəstəkləməsindən məmnunam. Hazırda iki ölkənin nəqliyyat qurumları sərnişin əlaqələrinin mümkün qədər tez bərpa edilməsi istiqamətində işə başlayıblar”, - deyə diplomat bildirib.

Qeyd edək ki, Kurık və Bakı limanları arasındakı sərnişin daşımaları COVID-19 pandemiyası ilə əlaqədar 2020-ci ildə dayandırılıb.

Alim Bayelin sözlərinə görə, marşrut üzrə sərnişin daşımaları dayandırılana qədər Xəzər dənizi vasitəsilə ildə təxminən 1500 nəfər daşınıb.

Marşrutun yenidən istifadəyə verilməsi iki ölkə arasında turizm əlaqələrinin inkişafına və Xəzər dənizi üzərindən sərnişin daşımalarının genişləndirilməsinə imkan yaradacaq.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər