Menyu

Zelenskinin təyyarəsi PUA ilə vurulma təhlükəsi ilə üzləşib

Operativ Media
Zelenskinin təyyarəsi PUA ilə vurulma təhlükəsi ilə üzləşib
1 dəq oxu

Ukrayna Prezidenti Volodimir Zelenskinin təyyarəsi Moldovadan havaya qalxan zaman az qala pilotsuz uçuş aparatının (PUA) zərbəsinə tuş gələcəkdi.

Operativ Media xəbər verir ki, bu barədə Norveçin Baş naziri Yonas Qar Störe bildirib.

Onun sözlərinə görə, insident Ukrayna Prezidentinin Osloya uçuşu zamanı baş verib.

"Zelenskinin təyyarəsi Moldovadan havaya qalxarkən az qala PUA tərəfindən vurulacaqdı. Onun üzləşdiyi reallıq belədir", - Störe qeyd edib.

Əlaqəli Xəbərlər