Menyu

Tramp: İranla müharibə seçkilərdən sonra başa çata bilər

Operativ Media
Tramp: İranla müharibə seçkilərdən sonra başa çata bilər

İranla müharibə ABŞ Konqresinə noyabrda keçiriləcək aralıq seçkilərindən dərhal sonra başa çata bilər.

Operativ Media xəbər verir ki, bu barədə ABŞ lideri Donald Tramp Dallasa yola düşməzdən əvvəl "Endryus" hərbi bazasında jurnalistlərə bildirib.

"Düşünürəm ki, müharibə seçkilərdən dərhal sonra başa çatacaq, çünki onlar daha tab gətirə bilmirlər", - o bildirib.

Trampın sözlərinə görə, İran ABŞ-dəki seçkilərə təsir etməyə cəhd edə bilər.

"Onlar seçkilərə təsir etməyə çalışacaqlar ki, bizdə onları rahat buraxacaq və nüvə silahı əldə etmələrinə imkan verəcək zəif insanlar qrupu yaransın", - o qeyd edib.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər