Xocalıda ANAMA əməkdaşı minaya düşüb - YENİLƏNİB
İşğaldan azad edilmiş Xocalı rayonunun Daşkənd kəndi ərazisində 2026-cı il 10 sentyabr tarixində mina hadisəsi baș verib.
Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.
Məlumata görə, agentliyin əməkdaşı 1990-cı il təvəllüdlü Həsənov Anar İftixar oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində Həsənov Anar sol ayağından xəsarət alıb.
Xəsarət alan əməkdaş rayon xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir.
***
09:29
Xocalı rayonunda mina partlayışı nəticəsində bir nəfər xəsarət alıb.
Operativ Media "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Daşkənd kəndi ərazisində qeydə alınıb.
Hadisə nəticəsində bir nəfərin xəsarət aldığı bildirilib.
Faktla bağlı araşdırma aparılır.
dəqiqələr içində saytın olsun.