Menyu

AIDA və TİKA arasında Anlaşma Memorandumu imzalanıb

Operativ Media
AIDA və TİKA arasında Anlaşma Memorandumu imzalanıb
1 dəq oxu

Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Anlaşma Memorandumu imzalayıb.

Operativ Media xəbər verir ki, memorandum Bakıda AIDA-nın yaranmasının 15 illiyinə həsr olunmuş "Humanitar yardım və inkişaf naminə əməkdaşlıq vasitəsilə qlobal həmrəyliyin gücləndirilməsinə dair Konfrans" çərçivəsində imzalanıb.

Sənədi Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və TİKA-nın rəhbəri Abdullah Eren imzalayıblar.

Sənəd iki qurum arasında inkişaf əməkdaşlığının genişləndirilməsini, birgə layihələrin həyata keçirilməsini, təcrübə və bilik mübadiləsinin gücləndirilməsini nəzərdə tutur.

Əlaqəli Xəbərlər