“Sabah” “Mançester Yunayted”in 42-ci fərqli ölkədən rəqibi olacaq
“Sabah” UEFA Çempionlar Liqasının liqa mərhələsində “Mançester Yunayted”in rəsmi oyunlarda qarşılaşdığı 42-ci fərqli ölkənin təmsilçisi olacaq.
Operativ Media xəbər verir ki, bu barədə İngiltərə klubunun sosial media hesabında məlumat paylaşılıb.
Bildirilib ki, Azərbaycan klubu ilə qarşılaşma “Mançester Yunayted”in tarixində ilk dəfə ölkəmizin təmsilçisi ilə rəqabət aparacağı oyun olacaq.
“Mançester Yunayted” indiyədək rəsmi matçlarda Argentina, Avstraliya, Avstriya, Belçika, Braziliya, Bolqarıstan, Xorvatiya, Kipr, Çexiya, Danimarka, Ekvador, İngiltərə, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İsrail, İtaliya, Yaponiya, Qazaxıstan, Malta, Meksika, Moldova, Niderland, Norveç, Polşa, Portuqaliya, İrlandiya, Rumıniya, Rusiya, Şotlandiya, Serbiya, Slovakiya, İspaniya, İsveç, İsveçrə, Türkiyə, Ukrayna, Uels və Yuqoslaviya təmsilçiləri ilə qarşılaşıb.
Qeyd edək ki, “Mançester Yunayted” – “Sabah” bu gün saat 23:00-da keçiriləcək.
dəqiqələr içində saytın olsun.