Menyu

Valdas Dambrauskas: "Mançester Yunayted” bir çox məqamda öz oyununu bizə qəbul etdirirdi

Operativ Media
Valdas Dambrauskas: "Mançester Yunayted” bir çox məqamda öz oyununu bizə qəbul etdirirdi

Bu gün "Sabah" UEFA Çempionlar Liqasının liqa mərhələsində debüt edib. Azərbaycan çempionu "Mançester Yunayted"in qonağı olub. Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv 0:4 hesabı ilə məğlub olub.

Operativ Media xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas matç haqda fikirlərini bildiirib:

“Əlbəttə, komandamla fəxr edirəm. Bu səviyyədə debütümüz idi və bəlkə də daxilən bir qədər daha artığını gözləyirdik. Ona görə də qolları necə buraxdığımız bir qədər məyusedici oldu, xüsusilə də ilk hissənin sonlarında buraxdığımız iki qol. Bu, müəyyən qədər təcrübəsizlikdən irəli gəlirdi. Topa sahib olmaq və oyuna nəzarət etmək imkanımız yarananda bunu etməyə çalışırdıq. Əlbəttə, “Mançester Yunayted” bir çox məqamda öz oyununu bizə qəbul etdirirdi, amma düşünürəm ki, bizim də qol epizodlarımız oldu.

Bəzən hücum xəttimizlə müdafiəmiz arasındakı məsafə həddindən artıq böyük olurdu. Topu itirəndə bəzən öz düzülüşümüzə qayıtmağa belə macal tapmırdıq. Belə olduğu halda onlar bizi dəfələrlə keçə bilərdilər. Üç ildən sonra Çempionlar Liqasına qayıdıb qələbə qazanmaq böyük nəticədir. Onları təbrik edirəm”.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər