Menyu

“Mançester Yunayted” – “Sabah” matçının ən yaxşısı müəyyənləşib

Operativ Media
“Mançester Yunayted” – “Sabah” matçının ən yaxşısı müəyyənləşib
1 dəq oxu

Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turunda keçirilən “Mançester Yunayted” – “Sabah” oyununun ən yaxşı futbolçusu müəyyənləşib.

Operativ Media xəbər verir ki, bu ada Patrik Dorqu layiq görülüb.

22 yaşlı müdafiəçi meydana start heyətdə çıxıb və 72-ci dəqiqədə Herri Amassla əvəzlənib. Danimarkalı sol cinah müdafiəçisi komandasının ilk qolunun ötürməsini də verib. Belə ki, 27-ci dəqiqədə Dorqunun ötürməsindən sonra Mateus Kunya fərqlənib.

Qeyd edək ki, sözügedən oyunda “Mançester Yunayted” 4:0 hesabı ilə qalib gəlib.

Əlaqəli Xəbərlər