Menyu

Tramp İran əməliyyatına görə peşman olmadığını açıqlayıb

Operativ Media
Tramp İran əməliyyatına görə peşman olmadığını açıqlayıb

ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatın başlanması ilə bağlı qərarından peşman olmadığını bildirib.

Operativ Media xəbər verir ki, Tramp bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb.

ABŞ lideri qərarından təəssüflənib-təəssüflənmədiyi ilə bağlı suala mənfi cavab verib. O bildirib ki, “peşmanlıq” sözünə inanmır və eyni vəziyyət yenidən yaranacağı təqdirdə İran İslam Respublikasına zərbələr endirmək qərarını təkrar verərdi.

Qeyd edək ki, daha əvvəl “The Wall Street Journal” yüksək vəzifəli ABŞ administrasiyası rəsmilərinə istinadən İranla münaqişənin Trampın prezidentlik müddəti başa çatana qədər bitməyə biləcəyini yazıb.

Nəşrin məlumatına görə, Tramp qapalı görüşlərdə müşavirlərinə münaqişəni mümkün qədər tez başa çatdırmaq istədiyini bildirir. Eyni zamanda, ABŞ Prezidenti dəniz blokadası və sanksiyalar da daxil olmaqla, uzunmüddətli iqtisadi təzyiq siyasətini dəstəkləyir.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər