Menyu

Bakıda Almaniya-Azərbaycan bağlantı konfransı keçiriləcək

Operativ Media
Bakıda Almaniya-Azərbaycan bağlantı konfransı keçiriləcək

Oktyabrın 6-da Bakıda “Orta dəhliz boyu infrastruktur, nəqliyyat, logistika, yaşıl enerji və rəqəmsal transformasiya üçün maliyyənin səfərbər edilməsi” adlı Almaniya-Azərbaycan bağlantı konfransı keçiriləcək.

Alman-Azərbaycan Xarici Ticarət Palatasından Operativ Media-ya verilən məlumata görə, tədbir ikitərəfli və regional iqtisadi əməkdaşlığın gücləndirilməsinə, eləcə də Azərbaycanın və bütün regionun davamlı inkişafını dəstəkləmək üçün Almaniya və Avropa maliyyə resurslarının, qabaqcıl texnologiyaların və ekspert təcrübəsinin cəlb olunmasına hədəflənib.

Forum Almaniya, Azərbaycan və tərəfdaş ölkələrdən olan dövlət strukturlarının nümayəndələrini, maliyyə institutlarını, layihə təşəbbüskarlarını və biznes liderlərini bir araya gətirəcək. İştirakçılar Orta dəhliz boyu infrastruktur, enerji keçidi və rəqəmsal inteqrasiya sahələrində strateji təşəbbüslərin investisiya perspektivləri və maliyyələşməsi məsələlərini müzakirə edəcəklər.

Tədbirin proqramına yüksək səviyyəli əsas məruzəçilərin çıxışları, tematik panel müzakirələri, B2G formatında məqsədli görüşlər, həmçinin işgüzar netvorkinq imkanları daxildir.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər