Menyu

“Mançester Yunayted” – “Sabah” oyununda unikal statistika - FOTO

Operativ Media
“Mançester Yunayted” – “Sabah” oyununda unikal statistika - FOTO

“Mançester Yunayted” – “Sabah” qarşılaşmasında start heyətində yer alan 22 futbolçudan 21-i fərqli milliyyəti təmsil edib.

Operativ Media xəbər verir ki, UEFA Çempionlar Liqasının liqa mərhələsinin ilk turunda keçirilən qarşılaşmada yalnız iki futbolçu eyni milliyyətdən olub. Belçikanı “Mançester Yunayted”in qapıçısı Senne Lammens və yarımmüdafiəçisi Yuri Tieleman təmsil edib.

Bununla da “Mançester Yunayted” – “Sabah” matçı Çempionlar Liqası tarixində start heyətləri baxımından ən çox fərqli milliyyətin təmsil olunduğu oyunlardan biri olub. 22 əsas heyət üzvünün 21 fərqli ölkəni təmsil etdiyi bildirilib.

Qeyd edək ki, qarşılaşma “Mançester Yunayted”in 4:0 hesablı qələbəsi ilə başa çatıb.


Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər