Menyu

"Mançester Yunayted"in müdafiəçisi: Komandamızın oyunu uğurlu alındı

Operativ Media
"Mançester Yunayted"in müdafiəçisi: Komandamızın oyunu uğurlu alındı
1 dəq oxu

“Dörd qol vurmaq və qapımızı toxunulmaz saxlamaq – mükəmməl gecə idi”.

Operativ Media xəbər verir ki, bunu “Mançester Yunayted”in futbolçusu Patrik Dorqu UEFA Çempionlar Liqasının 1-ci turunda “Sabah”ı 4:0 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.

Qarşılaşmanın ən yaxşısı seçilən Dorqu bunun komandaya əlavə motivasiya verəcəyini söyləyib: “Meydana qayıtmaq əla oldu. Komandanın oyunu uğurlu alındı. Bu qalibiyyət həftəsonu Premyer Liqanın vacib matçı öncəsi bizə əlavə inam verdi”.

Qeyd edək ki, “Old Trafford”dakı görüşə start heyətində çıxan 22 yaşlı danimarkalı müdafiəçi ilk qolun məhsuldar ötürməsini verib.

Əlaqəli Xəbərlər