Fərid Şəfiyev: Azərbaycan və Türkiyə arasında güclü bağlantılar mövcuddur
Azərbaycan və Türkiyə arasında tarixi, dini və dil baxımından güclü bağlantılar mövcuddur.
Operativ Media xəbər verir ki, bunu “Türk Dünyasının Dialoqları: Ortaq Gələcək, Ortaq Vizyon” adlı paneldə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib.
O qeyd edib ki, Mərkəzi Asiyada əməkdaşlığın genişləndirilməsi mühüm imkanlar yaradır.
“Bizim tarixi bağlantılarımız var, dini bağlantılarımız var, dil bağlantımız var. Eyni zamanda, Mərkəzi Asiya təşkilatı yalnız türk dilli dövlətlərdən ibarət deyil. Məsələn, Tacikistan həm Azərbaycan, həm də Türkiyəyə yaxın bir dövlətdir. C6 platforması imkan verir ki, biz tam şəkildə bu coğrafiyada fəaliyyət göstərək”, – deyə Şəfiyev bildirib. O vurğulayıb ki, Azərbaycan Türkiyənin olmadığı platformalarda da qardaş ölkənin maraqlarını müdafiə edir. “Harada ki, Türkiyə yoxdur, orada Azərbaycan var. Azərbaycan müvafiq şəkildə Türkiyənin maraqlarını, yəni qardaşlarını müdafiə edir”, – deyə Fərid Şəfiyev qeyd edib.
dəqiqələr içində saytın olsun.