Menyu

ABŞ, İsrail və ərəb ölkələrinin hərbi rəhbərləri gizli görüş keçiriblər

Operativ Media
ABŞ, İsrail və ərəb ölkələrinin hərbi rəhbərləri gizli görüş keçiriblər

ABŞ, İsrail və bir sıra ərəb ölkələrinin yüksəkrütbəli hərbi rəhbərləri İranla müharibəni və regiondakı gərginliyi müzakirə etmək üçün ötən həftə Almaniyada görüşüblər.

Operativ Media xəbər verir ki, bu barədə “Axios” İsrailin iki rəsmisinə istinadla məlumat yayıb.

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuperin təşkil etdiyi qapalı görüşdə İsrail, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Küveyt, Qətər, İordaniya və Misirin baş qərargah rəisləri iştirak ediblər.

Məlumata görə, admiral Bred Kuper İranın ABŞ bazalarına hücumlarına baxmayaraq, Amerika qüvvələrinin regiondan çıxarılmayacağını bildirib.

O, həmçinin Hörmüz boğazında gəmi hərəkətinin genişləndirilməsi ilə bağlı ABŞ-nin planı barədə iştirakçılara məlumat verib.

CENTCOM görüşün keçirildiyini təsdiqləyərək Almaniyada planlaşdırılmış konfrans çərçivəsində səkkiz ölkənin yüksəksəviyyəli hərbi rəhbərlərinin bir araya gəldiyini və Yaxın Şərqdə təhlükəsizlik əməkdaşlığının gücləndirilməsi imkanlarını müzakirə etdiklərini açıqlayıb.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər