Türkiyə Husilərin Məkkəyə hücumunu pisləyib
Türkiyə Səudiyyə Ərəbistanının müqəddəs şəhəri olan Məkkəyə hücumu qətiyyətlə pisləyib.
Operativ Media xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.
Türkiyə Xarici İşlər Nazirliyi bildirib ki, müqəddəs Məkkə şəhərinə Husilərin pilotsuz təyyarə hücumunu qətiyyətlə pislənməlidir: "Səudiyyə Ərəbistanının suverenliyinə, ərazi bütövlüyünə və təhlükəsizliyinə dəstəyimizi bir daha təsdiqləyir və Səudiyyə Ərəbistanı ilə həmrəy olduğumuzu bir daha bəyan edirik".
Ankara həmçinin bu cür hücumların bütün region üçün təhlükəsizlik təhdidi yaratdığını qeyd edərək, onların dərhal dayandırılmasına çağırıb. Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir: "Regional sabitliyə və təhlükəsizliyə təhdid yaradan bu hücumlara dərhal son qoyulması və gərginliyin daha da artmasına yönəlmiş hər hansı bir hərəkətdən çəkinilməsi çağırışımızı bir daha təkrarlayırıq".
dəqiqələr içində saytın olsun.