Menyu

Xəzəryanı ölkələr Xəzərin su bioresursları üzrə vahid məlumat bazası yarada bilər

Nicat Hüseynli
Xəzəryanı ölkələr Xəzərin su bioresursları üzrə vahid məlumat bazası yarada bilər

Rusiya, Qazaxıstan, Azərbaycan, İran və Türkmənistan Xəzər dənizinin su bioresursları üzrə vahid məlumat bazasının yaradılmasını nəzərdən keçirirlər.

Operativ Media xəbər verir ki, bu barədə “Rosrıbolovstvo”nun rəis müavini Vasili Sokolov Sankt-Peterburqda keçirilən Beynəlxalq Balıqçılıq Forumunda bildirib.

Bildirilib ki, vahid məlumat bazasının yaradılması Xəzəryanı ölkələr arasında məlumat mübadiləsinin genişləndirilməsinə, su bioresursları və ekoloji vəziyyət barədə hərtərəfli məlumatların formalaşdırılmasına imkan verə bilər.

Xəzəryanı ölkələrin həmçinin ümumi balıqçılıq qaydalarının müəyyənləşdirilməsini planlaşdırdığı qeyd olunub. Bu qaydaların birgə su bioresurslarından daha səmərəli istifadəyə və onların mühafizəsinin gücləndirilməsinə xidmət edəcəyi gözlənilir.

Xəzər Dənizinin Su Bioresurslarının Mühafizəsi, Səmərəli İstifadəsi və Birlikdə İdarə Olunması üzrə Komissiya 2014-cü ildə yaradılıb və 2016-cı ildə qüvvəyə minən saziş əsasında fəaliyyət göstərir. Komissiyanın ilk sessiyası 2017-ci ildə Bakıda keçirilib.

Nərə balıqları Xəzər dənizinin ən qiymətli su bioresurslarından hesab olunur. Hazırda onların ovlanması qadağandır.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər