Menyu

Azərbaycan və Estoniya XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçirilib

Operativ Media
Azərbaycan və Estoniya XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçirilib

Azərbaycan və Estoniya Respublikasının Xarici İşlər nazirlikləri (XİN) arasında ikinci konsulluq məsləhətləşmələri keçirilib.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə XİN-in Konsulluq idarəsinin rəisi Emil Səfərov, Estoniya nümayəndə heyətinə isə Xarici İşlər Nazirliyinin Konsulluq departamentinin baş direktoru Marqus Sarqlepp rəhbərlik edib.

Müzakirələrdə həmçinin Azərbaycan tərəfdən Daxili İşlər Nazirliyinin, Elm və Təhsil Nazirliyinin və Dövlət Miqrasiya Xidmətinin nümayəndələri iştirak edib.

Konsulluq məsləhətləşmələri zamanı Azərbaycanla Estoniya arasında konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən sahə üzrə yeni ikitərəfli sənədlərin imzalanması imkanları nəzərdən keçirilib.

Hər iki ölkə vətəndaşlarına konsulluq dəstəyi istiqamətində sıx əməkdaşlığın əhəmiyyəti vurğulanıb, konsulluq xidmətlərinin rəqəmsallaşdırılması istiqamətində mövcud təcrübə və qabaqcıl mexanizmlər üzrə fikir mübadiləsi aparılıb.

Habelə, iki ölkə arasında miqrasiya, ədliyyə, daxili işlər, təhsil, sosial və digər sahələrdə əlaqələrin gücləndirilməsinin vacibliyi qeyd olunub.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər