Menyu

Rusiyada seçkilər üçün 152 ölkədə 333 məntəqə açılıb

Operativ Media
Rusiyada seçkilər üçün 152 ölkədə 333 məntəqə açılıb

Rusiya Dövlət Dumasına seçkilərdə ölkə xaricində yaşayan və ya müvəqqəti olan Rusiya vətəndaşları üçün 152 ölkədə 333 seçki məntəqəsi təşkil edilib.

Operativ Media xəbər verir ki, bunu Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova bildirib.

Pamfilovanın açıqladığı məlumata görə, iyulun 1-nə Rusiyada 111 milyon 37 min 47 seçici qeydə alınıb. Ölkə xaricində səsvermə hüququna malik Rusiya vətəndaşlarının sayı isə 1 milyon 816 min 504 nəfərdir.

Azərbaycanda da seçki məntəqəsi fəaliyyət göstərəcək. Rusiyanın Bakıdakı səfirliyinin Konsulluq şöbəsində 8017 saylı seçki məntəqəsi yaradılıb. Burada Azərbaycanda daimi yaşayan və ya müvəqqəti olan yetkin Rusiya vətəndaşları səs verə biləcəklər.

Rusiya Dövlət Dumasının IX çağırışına seçkilər ölkə daxilində 18-20 sentyabr tarixlərində keçiriləcək. Ümumilikdə 450 deputat seçiləcək: onların 225-i partiya siyahıları, digər 225-i isə birmandatlı dairələr üzrə müəyyənləşəcək.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər