Tbilisidə uşaq bağçalarında kütləvi zəhərlənmə baş verib
Operativ Media
Tbilisidəki 20 uşaq bağçasında 55 uşaq və bir müəllim zəhərlənərək xəstəxanaya yerləşdirilib.
Operativ Media xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti məlumat yayıb.
Hadisə ilə əlaqədar istintaq xidməti Gürcüstan Cinayət Məcəlləsinin "İnsan həyatı və ya sağlamlığı üçün təhlükəli olan, həyat və ya sağlamlıq üçün təhlükə yaradan məhsulların istehsalı, idxalı və ya satışı" maddəsi ilə cinayət işi açıb.
Gecə ərzində dörd uşaq bağçasında, eləcə də bağçaları məhsulla təmin edən üç şirkətdə istintaq tədbirləri aparılıb.
İstintaq xidmətinin məlumatına görə, uşaq bağçalarında yeyilən qidaların mənbəyi olan bakterial intoksikasiya hadisəsidir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net