Avropa Komissiyası Ukraynaya silah alışı üçün 3,3 milyard avro ayırıb
Operativ Media
Avropa Komissiyası 90 milyard avroluq kredit çərçivəsində Ukraynaya silah alışı üçün 3,3 milyard avro ayırıb.
Operativ Media xəbər verir ki, bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen bildirib.
"Bu gün Ukraynanı dəstəkləmək üçün kreditimizin bir hissəsi olaraq dron və raketlərin alınması üçün 3,3 milyard avro ayırırıq. Avropa bu ölkənin öz xalqını və ərazisini qorumaq üçün ehtiyac duyduğu köməyi göstərməyə davam edəcək", - deyə fon der Lyayen Avropa Komissiyasının mətbuat açıqlamasında bildirib.
Bəyanatda qeyd olunur ki, ayrılan vəsait Kiyevin hava və raketdən müdafiə ehtiyaclarını ödəmək üçün istifadə olunacaq, o cümlədən Patriot sistemi üçün PAC-3 raketlərinin alınması üçün ayrılıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net