Yəməndə qızılcadan 77 uşaq ölüb
Nərmin Qocamanlı
2023-cü ilin əvvəlindən Yəməndə 9 mindən çox insan qızılcaya yoluxub, 77 uşaq bu xəstəlikdən dünyasını dəyişib.
"Operativ Media" xəbər verir ki, BMT-nin Yəməndəki Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi (OCHA) verdiyi yazılı açıqlamada, ölkədə qızılca epidemiyasının yayılması ilə bağlı rəqəmlərin həyəcan verici olduğunu qeyd edib.
Bildirilib ki, bu ilin əvvəlindən Yəməndə 9 min 418 şəxsdə qızılca aşkar edilib.
Məlumatda qeyd edilib ki, 2023-cü ilin əvvəlindən bu yana 77 uşaq qızılcadan dünyasını dəyişib
Açıqlamada xatırladılıb ki, 2022-ci ildə Yəməndə təxminən 22 min qızılca hadisəsi aşkarlanıb, 160 nəfər ölüb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net