Qətər Qəzzaya 1,3 milyon litr yanacaq göndərəcək
Nicat Hüseynli
Qətər İsrailin blokadası altında olan Qəzza zolağına təxminən 1,3 milyon litr yanacağın çatdırılması üçün BMT ilə saziş imzalayıb.
Operativ Media xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yanacaq xəstəxanalar, səhiyyə mərkəzləri və digər həyati əhəmiyyətli humanitar xidmətlərin fəaliyyətinin davam etdirilməsi üçün istifadə olunacaq.
Yeni yardımın Qəzzada humanitar vəziyyətin ağırlaşdığı və yanacaqla yanaşı digər zəruri vasitələrin daxil olmasına məhdudiyyətlərin davam etdiyi bir vaxtda göstərildiyi bildirilib.
Qeyd olunub ki, yanacaq çatışmazlığı xüsusilə səhiyyə xidmətlərinin fəaliyyətinə təsir edir və Qəzzada təxminən 2,1 milyon fələstinlinin yanacaqdan asılı tibbi xidmətlərə ehtiyacı var.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net