Nobel mükafatının məbləği artırılıb
Operativ Media
Bu il Nobel mükafatının məbləği hər kateqoriya üzrə 12 milyon İsveç kronuna çatdırılacaq.
Operativ Media xəbər verir ki, bu barədə Nobel Fondu məlumat yayıb.
Fond bildirib ki, mükafatın məbləği əvvəlki göstərici ilə müqayisədə 1 milyon kron artırılıb. Yeni məbləğ təxminən 1,22 milyon ABŞ dollarına bərabərdir.
Qeyd edilib ki, 1901-ci ildə ilk Nobel mükafatları təqdim olunarkən hər kateqoriya üzrə mükafatın məbləği 150 782 kron olub.
Son 15 il ərzində mükafatın məbləği bir neçə dəfə dəyişdirilib. 2012-ci ildə 10 milyon kron olan məbləğ 8 milyon krona endirilib. Həmin vaxtdan etibarən mükafatın məbləği üç dəfə artırılıb.
2026-cı il Nobel mükafatı laureatlarının adları oktyabrın 5-dən 12-dək açıqlanacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net