F-35 komponentləri səhvən Honkonqa göndərilib – ABŞ Konqresi araşdırma aparır
ABŞ Konqresi F-35 qırıcı-bombardmançı təyyarəsinin komponentlərinin səhvən Honkonqa göndərilməsi ilə bağlı araşdırmaya başlayıb.
Operativ Media xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Məlumata görə, hadisədən xəbərdar olan üç mənbə yükün F-35 təyyarələrinin istehsalçısı “Lockheed Martin” şirkəti adından fəaliyyət göstərən vasitəçi tərəfindən daşındığını bildirib.
Qırıcı təyyarələrin örtükləri də daxil olmaqla komponentlər Avstraliyadan ABŞ-a göndərilirmiş. Lakin yükün necə və hansı səbəbdən istiqamətini dəyişərək Honkonqa çatdığı, eləcə də hazırda kimin əlində olduğu məlum deyil.
ABŞ Müdafiə Nazirliyi bildirib ki, yükün geri qaytarılması, hadisənin səbəblərinin araşdırılması və belə halın təkrarlanmaması üçün əlavə tədbirlərin görülməsi istiqamətində iş aparılır.
dəqiqələr içində saytın olsun.