ABŞ Hörmüz boğazından 1 milyard barel neftin daşınmasına kömək edib
Operativ Media
ABŞ hərbçiləri son bir neçə ay ərzində Hörmüz boğazından təxminən 1 milyard barel neftin daşınmasına yardım göstərib.
Operativ Media xəbər verir ki, bunu ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper bildirib.
“Son bir neçə ay ərzində Hörmüz boğazından 1 milyard barel neft daşınıb. Buna boğazdan keçən 2 mindən çox kommersiya gəmisinə dəstək göstərməklə nail olmuşuq”, – Kuper CENTCOM-un yayımladığı videomüraciətdə deyib.
CENTCOM rəhbəri əlavə edib ki, ABŞ regiondakı tərəfdaşları ilə onların hava hücumundan müdafiə imkanlarının gücləndirilməsi üzərində işləyir.
Onun sözlərinə görə, eyni zamanda zərbə PUA-larından ibarət yeni koalisiya qrupu formalaşdırılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net