Menyu

ABŞ Karib dənizində gəmiyə zərbə endirib

Operativ Media
ABŞ Karib dənizində gəmiyə zərbə endirib

ABŞ hərbçilərinin Karib dənizində narkotik qaçaqmalçılığı marşrutu üzrə hərəkət etdiyi bildirilən gəmiyə zərbəsi nəticəsində 4 nəfər həlak olub.

Operativ Media xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı məlumat yayıb.

Komandanlığın məlumatına görə, gəminin narkotik qaçaqmalçılığı ilə məşğul olduğuna dair kəşfiyyat məlumatları təsdiqlənib.

“Yoxlanılmış kəşfiyyat məlumatları gəminin narkotik qaçaqmalçılığı fəaliyyətinə fəal şəkildə cəlb olunduğunu göstərir”, - deyə komandanlığın “X” sosial şəbəkəsində yaydığı açıqlamada bildirilib.

Əməliyyat nəticəsində 4 nəfər öldürülüb. ABŞ Cənub Komandanlığı onların narkotik terrorçuları olduğunu iddia edib.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər