Menyu

Kobaxidze BMT-nin sessiyasında iştirak edəcək

Operativ Media
Kobaxidze BMT-nin sessiyasında iştirak edəcək

Gürcüstanın Baş naziri İrakli Kobaxidze BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak edəcək.

Operativ Media xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Hökumət başçısının sentyabrın 24-də Baş Assambleyanın ümumi müzakirələrində çıxışı nəzərdə tutulub.

İrakli Kobaxidze Nyu-Yorka səfəri çərçivəsində, həmçinin “Çoxtərəfli tərəfdaşlıq” sammitinə və Finlandiyanın təşkil etdiyi sülh mövzusunda yüksək səviyyəli panel müzakirəsinə qatılacaq.

Onun müxtəlif dövlətlərin liderləri, eləcə də BMT-nin Baş katibi Antonio Quterreş ilə ikitərəfli görüşləri də planlaşdırılır.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər