Rusiyada 2 nəfəri ayı parçalayıb
Operativ Media
Rusiyanın Tomsk vilayətinin Kolpaşevo rayonunda ayının hücumu nəticəsində iki nəfər ölüb.
Operativ Media xəbər verir ki, 44 yaşlı ferma işçisi sentyabrın 18-də itkin düşən inəyi axtarmaq üçün Sever kəndi yaxınlığındakı meşəyə gedib və geri qayıtmayıb.
Ertəsi gün onu axtarmağa yollanan 46 yaşlı kənd sakinindən də xəbər almaq mümkün olmayıb.
Sentyabrın 20-də hər iki şəxsin meyiti meşəlik ərazidə aşkarlanıb.
İnsanlara hücum etdiyi bildirilən ayı zərərsizləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net