Menyu

Şimali Koreya 600 km-dən çox məsafə qət edən raket sınağı keçirib

Operativ Media
Şimali Koreya 600 km-dən çox məsafə qət edən raket sınağı keçirib

Şimali Koreya 600 kilometrdən çox məsafə qət edən ikinci qısa mənzilli ballistik raketini buraxıb. Bu raketin uçuş məsafəsi ilk raketlə müqayisədə təxminən üçdə bir qədər çox olub.

Operativ Media-nın Yonhap agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Cənubi Koreyanın Baş Qərargah Rəisləri Komitəsi məlumat yayıb.

Hər iki raketin bu gün Vonsan bölgəsindən təxminən üç saatlıq fasilə ilə buraxıldığı bildirilir. İlk raket təxminən 450 kilometr məsafə qət edib. Hər iki raket Yaponiyanın müstəsna iqtisadi zonasından kənarda düşüb.

Bu buraxılışlar Şimali Koreyanın ilin əvvəlindən həyata keçirdiyi 14-cü və 15-ci ballistik raket sınaqları olub.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər