İran XİN başçısı Qətərdə məsləhətləşmələr aparacaq
İranın xarici işlər naziri Abbas Əraqçi BMT Baş Assambleyasının iclasında iştirak etmək üçün Tehrandan Nyu-Yorka yola düşüb və səfər çərçivəsində Qətərin paytaxtı Dohada qısa müddətli görüş keçirəcək.
Operativ Media xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Əraqçi Nyu-Yorka getməzdən əvvəl Dohada dayanaraq regionda baş verən son hadisələrlə bağlı məsləhətləşmələr aparacaq.
Qeyd edək ki, Qətər Vaşinqtonla Tehran arasında dialoqda vasitəçilərdən biri kimi çıxış edir.
Bundan bir gün əvvəl İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi bildirib ki, Tehran Qətər vasitəçiləri üzərindən ABŞ-a müharibənin dayandırılması ilə bağlı şərtlərini çatdırıb.
Onun sözlərinə görə, İran tərəfi ABŞ Prezidenti Donald Trampın cavabını gözləyir.
dəqiqələr içində saytın olsun.