Menyu

BVF: Qlobal dövlət borcu 2029-cu ilə qədər ÜDM-in 100%-ni keçəcək

Operativ Media
BVF: Qlobal dövlət borcu 2029-cu ilə qədər ÜDM-in 100%-ni keçəcək

Qlobal dövlət borcu, əsasən ABŞ və Çin borcunun artması səbəbindən, əvvəllər proqnozlaşdırılandan iki il tez, 2029-cu ilə qədər qlobal ÜDM-in 100%-ni keçəcək.

Operativ Media-nın "Bloomberg"ə istinadən məlumatına görə, bunu Beynəlxalq Valyuta Fondunun (BVF) direktoru Kristalina Georgiyeva bildirib.

Onun sözlərinə görə, BVF ABŞ-ı dövlət maliyyəsinin vəziyyətinə diqqət yetirməyə çağırır.

"ABŞ-ın maliyyə naziri Skott Bessentlə danışıqlardan sonra mövcud vəziyyətin dayanıqlı olmadığı və Vaşinqtonun büdcə kəsirini və dövlət borcunu tədricən azaltmasının zəruri olduğu barədə anlayış yaranıb", – deyə Georgiyeva bildirib.

O, həmçinin xəbərdarlıq edib ki, yüksək inflyasiyanın davam etməsi mərkəzi bankları uçot dərəcələrini artırmağa məcbur edə bilər. Borclanma xərclərinin artması isə dövlət borcuna xidmət göstərilməsini çətinləşdirəcək.

BVF rəhbəri qeyd edib ki, enerji təchizatında və nəqliyyat infrastrukturunda yaranan fasilələr Qətər, Küveyt və İraq kimi ölkələrin iqtisadiyyatlarının kəskin şəkildə kiçilməsinə səbəb ola bilər.

Qurum 2026-cı ildə Qətər iqtisadiyyatının 8,6% daralacağını proqnozlaşdırır. İranla müharibə başlamazdan əvvəl isə fond ölkə iqtisadiyyatının 6,1% artacağını gözləyirdi.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər