Menyu

Banqladeşdə tikiş fabrikində partlayış olub, 7 nəfər ölüb

Operativ Media
Banqladeşdə tikiş fabrikində partlayış olub,  7 nəfər ölüb

Banqladeşin paytaxtı Dəkkənin kənarında yerləşən Aşuliyada tikiş fabrikinin ərazisində yük maşınındakı qaz balonlarının partlaması və ardınca baş verən yanğın nəticəsində azı 7 nəfər ölüb, daha 20 nəfər xəsarət alıb.

Operativ Media-nın məlumatına görə, bu barədə yerli "Daily Sun" qəzeti xəbər verib.

Hadisə nəticəsində həm fabrik işçiləri, həm də yoldan keçənlər müxtəlif dərəcəli yanıqlar və xəsarətlər alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Fabrik nümayəndəsi bildirib ki, partlayış baş verən zaman binanın içərisində heç kim olmayıb.

Fövqəladə xidmətlər həlak olan şəxslərdən birinin kimliyini müəyyənləşdirə bilib. Digər şəxslərin kimliyi isə hələlik müəyyən edilməyib. Hadisənin başvermə şəraiti araşdırılır.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər