ABŞ və Çin sammitə hazırlıq üzrə danışıqlar aparıb
ABŞ və Çin nümayəndələri sentyabrın 20-də Vaşinqtonda Donald Tramp və Si Cinpin arasında keçiriləcək sammitin uğurlu təşkili üçün zəmin hazırlamaq məqsədilə danışıqlar aparıblar.
Operativ Media xəbər verir ki, bunu ABŞ-nin ticarət danışıqları üzrə nümayəndəsi Ceymison Qrir Nyu-Yorkda keçirilən məsləhətləşmələrdən sonra jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, danışıqların əsas məqsədi Çin liderinin sentyabrın 24-də Vaşinqtona səfəri zamanı ABŞ Prezidenti Donald Tramp və Çin Sədri Si Cinpin arasında uğurlu görüş üçün lazımi şəraitin formalaşdırılmasıdır.
Qrir qeyd edib ki, iki ölkə arasında yaradılmış Ticarət Şurasının fəaliyyəti qarşılıqlı faydalı şərtlərlə ticarət edilə biləcək məhsul kateqoriyalarının müəyyənləşdirilməsinə yönələcək.
ABŞ nümayəndəsinin sözlərinə görə, Çinin istehlak məhsulları və aşağı texnologiyalı mallar, ABŞ-nin isə enerji daşıyıcıları, kənd təsərrüfatı məhsulları, həmçinin mümkün olaraq tibbi avadanlıqlar və digər oxşar məhsullar təqdim etməsi gözlənilir.
ABŞ-nin maliyyə naziri Skott Bessentin daha əvvəl verdiyi məlumata görə, ABŞ və Çin sentyabrın 20-də Nyu-Yorkda ticarət və süni intellekt məsələləri üzrə uğurlu danışıqlar keçiriblər.
dəqiqələr içində saytın olsun.