Menyu

ABŞ Husilərə zərbə endirməyi hələlik planlaşdırmır

Operativ Media
ABŞ Husilərə zərbə endirməyi hələlik planlaşdırmır

ABŞ hərbçilərinin yaxın müddətdə Yəməndəki “Ənsar Allah” hərəkatının husilərinə məxsus mövqelərə zərbə endirməyəcəyi iddia olunur.

Operativ Media xəbər verir ki, bu barədə “The New York Times” qəzeti ABŞ administrasiyasındakı adı açıqlanmayan rəsmilərə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ Prezidenti Donald Tramp əvvəlcə husilərə qarşı hərbi zərbələrin endirilməsinə qarşı olub. Lakin o, sentyabrın 17-də Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman Al Səud ilə telefon danışığından sonra Pentaqona mümkün hücuma hazırlaşmaq barədə göstəriş verib.

Qəzetin mənbələri bildiriblər ki, sentyabrın 20-də Tramp mövqeyini yenidən dəyişib və ən azı hazırkı mərhələdə husilərə qarşı hava zərbələrinin keçirilməyəcəyi qərarlaşdırılıb.

Prezidentin mövqeyini dəyişməsinin səbəbi barədə hələlik məlumat verilməyib. Ağ Evdən isə ABŞ-nin Səudiyyə Ərəbistanı ilə müdafiə sazişinin olduğu və Vaşinqtonun müttəfiqlərini hər zaman müdafiə edəcəyi bildirilib.

“The New York Times”ın məlumatına görə, hücumun ləğvi planlaşdırılan əməliyyatın başlamasına az müddət qalmış baş verib. Həmin vaxt hərbi komandirlər artıq hədəflərin siyahısını müəyyənləşdirib, hərbçilər isə bombardmançı təyyarələrə döyüş sursatı yükləyiblər.

Daha əvvəl Tramp “Fox News” telekanalına açıqlamasında Yəməndəki hərəkatla daim əlaqə saxladığını bildirib.

Sentyabrın 19-da ABŞ-nin Yaxın Şərqin bir sıra ölkələrindəki səfirlikləri bölgədəki gərgin vəziyyətlə əlaqədar Amerika vətəndaşlarına ehtiyatlı olmağa dair xəbərdarlıq edib. İordaniya, İsrail, İraq, Qətər, Bəhreyn, Səudiyyə Ərəbistanı, Oman, Birləşmiş Ərəb Əmirlikləri və Livandakı diplomatik nümayəndəliklər təhlükəsizlik vəziyyətinin mürəkkəb olaraq qaldığını və gözlənilməz eskalasiya ehtimalının olduğunu bildiriblər.

Həmin gün Tramp Merilend ştatındakı Kemp-Devid iqamətgahını planlaşdırılandan bir gün əvvəl tərk edərək Vaşinqtona qayıdıb. ABŞ mediası onun vaxtından əvvəl geri dönməsini Yaxın Şərqdə baş verən hadisələrlə əlaqələndirib. “The Hill” qəzeti isə Trampın Vaşinqtona qayıtmasını Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə sistemləri tərəfindən dəf edilən husilərin Ər-Riyada zərbəsi ilə əlaqələndirib.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər