Deputat: "Alban xristian irsi Azərbaycan tarixinin ayrılmaz hissəsidir"
Azərbaycan tarixən müxtəlif xalqların və dinlərin nümayəndələrinin sülh və qarşılıqlı hörmət şəraitində yaşadığı məkan olub. Alban xristian irsi də İslam mədəniyyəti ilə yanaşı, ölkəmizin zəngin tarixi-mədəni müxtəlifliyini və tolerantlıq ənənələrini əks etdirir.
Bu sözləri Operativ Media-ya deputat Şahin Seyidzadə deyib.
O bildirib ki, Qarabağdakı Alban xristian abidələrinin tarixi-mədəni mənsubiyyətinin obyektiv şəkildə araşdırılması və beynəlxalq ictimaiyyətə çatdırılması üçün ilk növbədə tarixi mənbələrə, arxeoloji materiallara və elmi tədqiqatlara əsaslanan sistemli araşdırmalar aparılmalıdır:
“Bu istiqamətdə beynəlxalq elmi konfransların təşkili, xarici mütəxəssislərlə əməkdaşlığın genişləndirilməsi və elmi nəşrlərin müxtəlif dillərdə yayılması mühüm əhəmiyyət daşıyır.
Müxtəlif ölkələrdən olan mütəxəssislərin bu irslə bağlı fərqli yanaşmaları və tarixi mənsubiyyət məsələsində mübahisəli mövqeləri Azərbaycanın öz elmi əsaslandırılmış mövqeyini beynəlxalq səviyyədə daha fəal təqdim etməsini zəruri edir. Əsas məqsədimiz tarixi faktları olduğu kimi ortaya qoymaq, Alban irsinin qorunmasını təmin etmək və bu zəngin mədəni irsin Azərbaycan tarixinin ayrılmaz hissəsi olduğunu elmi dəlillərlə dünya ictimaiyyətinə çatdırmaqdır”.
dəqiqələr içində saytın olsun.