Tramp-Börnhem görüşünün gündəliyi məlum olub
ABŞ Prezidenti Donald Tramp və Böyük Britaniyanın Baş naziri Endi Börnhem arasında görüşdə müdafiə xərclərinin artırılması və Ukrayna məsələsinin müzakirə ediləcəyi gözlənilir.
Operativ Media xəbər verir ki, “The Daily Telegraph” bu barədə mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, görüş sentyabrın 22-də Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində keçiriləcək. Müdafiə xərclərinin artırılması Trampın Böyük Britaniya və Avropa ilə bağlı əsas narahatlıqlarından biri kimi qeyd olunur.
Börnhem isə ABŞ-la münasibətlərin yaxşılaşdırılması və Ukrayna məsələsini müzakirə etməyi planlaşdırır. Bildirilir ki, o, digər Avropa liderləri ilə birlikdə Trampı Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlərin verilməsinə razı salmağa çalışacaq.
Qeyd edək ki, dövlət və hökumət başçılarının iştirakı ilə BMT Baş Assambleyasının yüksək səviyyəli müzakirələri sentyabrın 22-26-da və 28-də Nyu-Yorkda keçiriləcək.
dəqiqələr içində saytın olsun.