Menyu

Tramp Qrenlandiya üzrə saziş imzalayıb

Operativ Media
Tramp Qrenlandiya üzrə saziş imzalayıb

ABŞ Prezidenti Donald Tramp, həmçinin Danimarka və Qrenlandiyanın baş nazirləri Mette Frederiksen və Yens-Frederik Nilsen ümumi təhlükəsizliyin möhkəmləndirilməsinə və ABŞ-nin Qrenlandiyada hərbi mövcudluğunun gücləndirilməsinə yönəlmiş saziş imzalayıblar.

Operativ Media xəbər verir ki, imzalama mərasimi Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində baş tutub.

Tramp bu sazişin uzun müddət hazırlandığını qeyd edib: "Bu, Avropa və Birləşmiş Ştatlar üçün böyük bir addımdır".

Frederiksen də bu razılaşmanı yüksək qiymətləndirərək sənədin əbədi qüvvədə ola biləcəyini bildirib. Onun sözlərinə görə, saziş ümumi təhlükəsizliyin və çəkindirmə sisteminin gücləndirilməsini nəzərdə tutur, həmçinin tərəflərin rəqiblər qarşısında birlik nümayiş etdirməsini təmin edir.

O qeyd edib ki, sənəd rəqiblərin Qrenlandiyaya nəzarəti ələ keçirməsinə və ya burada əhəmiyyətli təsir əldə etməsinə imkan verməyəcək, həmçinin müttəfiqlərin Arktikadakı mövcudluğunun gücləndirilməsinə kömək edəcək.

Nilsen isə bildirib ki, saziş Qrenlandiya sakinlərinin maraqlarını, onların hüquqlarını, həyat şəraitini və ərazinin inkişafını nəzərə alır.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər