Zelenski və Tramp arasında görüş olub - YENİLƏNİB
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla görüşüb.
Operativ Media xəbər verir ki, Zelenski BMT Baş Assambleyası çərçivəsində keçirilən görüşü müsbət və məhsuldar adlandırıb.
O bildirib ki, tərəflər Rusiyanın müharibəsinin qışa qədər başa çatdırılması və diplomatiyaya yol aça biləcək mümkün gərginliyin azaldılması addımlarını müzakirə ediblər.
Görüşdə Ukraynada “Patriot” sistemləri üçün raketlərin istehsalına başlanması, həmçinin qış üçün hava hücumundan müdafiə paketi və digər ikitərəfli və çoxtərəfli məsələlər də müzakirə olunub.
22:38
Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna nümayəndə heyəti ilə birlikdə ABŞ Prezidenti Donald Trampla görüşmək üçün Nyu-Yorka gəlib.
Operativ Media xəbər verir ki, görüş BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində baş tutub.
“Ümid edirəm ki, bu müharibəni qışa qədər başa çatdıra biləcəyik və Tramp bu məsələdə kömək edəcək”, - Zelenski bildirib.
Tramp isə Ukraynadakı müharibəyə son qoymaq üçün həll yolu axtardıqlarını deyib.
dəqiqələr içində saytın olsun.