Menyu

Makron Fransanın Hörmüz boğazı ilə bağlı mövqeyini açıqlayıb

Operativ Media
Makron Fransanın Hörmüz boğazı ilə bağlı mövqeyini açıqlayıb

Fransa Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş beynəlxalq əməliyyatda iştirak edə bilər.

Operativ Media xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron ABŞ-nin ABC telekanalına müsahibəsində deyib.

Makron bildirib ki, Fransa yalnız əməliyyatın tamamilə müdafiə xarakterli olması və aydın konsepsiyaya əsaslanması şərtilə iştirak etməyə hazırdır. O, hər hansı dövlətlə qarşıdurmaya cəlb olunmaq istəmədiyini, lakin müəyyən obyektlərin qorunması və təchizatın təmin edilməsi istiqamətində daha fəal iştirak edə biləcəklərini qeyd edib.

Fransa Prezidenti ABŞ və İran arasında elə razılaşmanın əldə olunacağına ümid etdiyini bildirib ki, bu, Hörmüz boğazından normal tədarükün bərpasına və dizel yanacağı, aviasiya yanacağı, neft və benzinin qiymətlərinə təzyiqin azalmasına imkan versin.

Makron Fransanın İranla müharibədə iştirak etməmək qərarını da xatırladaraq, bunun düzgün seçim olmadığını düşündüklərini deyib.

Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-də İranla müharibəyə başlayıb. İyunda Vaşinqton və Tehran bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dərhal dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalayıb.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər