Menyu

Rizvan Nəbiyev: Qafqaz Albaniyasının xristian irsi Azərbaycanın çoxəsrlik tarixinin ayrılmaz hissəsidir - RƏY

Ayşən Sadıxzadə
Rizvan Nəbiyev: Qafqaz Albaniyasının xristian irsi Azərbaycanın çoxəsrlik tarixinin ayrılmaz hissəsidir - RƏY

Qafqaz Albaniyasının xristian irsi tarixi həqiqətlər əsasında qorunmalı və araşdırılmalıdır. 1200 illik tarixə malik Qafqaz Albaniyası Azərbaycan dövlətçilik və mədəniyyət tarixinin ayrılmaz tərkib hissəsidir. Bu baxımdan Qarabağ və Şərqi Zəngəzurda qorunan Qafqaz Albaniyasının xristian irsinə münasibət yalnız dini məsələ deyil, həm də Azərbaycanın tarixi-mədəni irsinin qorunması məsələsidir.

Bu sözləri Operativ Media-ya deputat Rizvan Nəbiyev deyib.

O bildirib ki, tarixi mənbələr Qafqaz Albaniyasında xristianlığın qədim dövrlərdən mövcud olduğunu və burada özünəməxsus kilsə ənənəsinin formalaşdığını göstərir:

“Sonrakı əsrlərdə Alban Apostol Kilsəsinin tədricən erməni kilsə iyerarxiyasının təsiri altına salınması və Alban irsinin erməniləşdirilməsi istiqamətində həyata keçirilmiş proseslər tarixşünaslıqda ayrıca araşdırma mövzusudur. Ərəb Xilafətinin genişlənməsi, 705-ci il hadisələri, yəni Erməni katolikosunun Ərəb xəlifəsinə məktubu və alban kilsəsinin faktiki olaraq erməni kilsəsinin tabeliyinə verilməsi bu baxımdan xüsusi elmi araşdırma tələb edən məsələlərdəndir.

1836-cı ildə Rusiya imperiyası dövründə Alban kilsəsinin müstəqil institusional fəaliyyətinə son qoyulması və onun əmlakının Erməni Apostol Kilsəsinin idarəçiliyinə verilməsi də bu tarixi prosesin mühüm mərhələlərindən biri kimi araşdırılmalıdır. Belə ki, bu iki tarixi hadisə Qafqaz albanlarının xristian irsinin erməniləşdirilməsinə xidmət edən hadisələr olmuşdur. Bu gün əsas vəzifə keçmişin mübahisələrini siyasi ritorika ilə deyil, ilkin mənbələr, arxeoloji materiallar, epiqrafik nümunələr və beynəlxalq elmi metodologiya əsasında ortaya qoymaqdır.

Qafqaz Albaniyasının xristian abidələrinin sonrakı dövrlərdə erməniləşdirilməsi və onların tarixi kimliyinin dəyişdirilməsi ilə bağlı faktlar da məhz bu metodologiya əsasında sənədləşdirilməli və beynəlxalq elmi ictimaiyyətə təqdim edilməlidir.

Azərbaycanın mövqeyi aydındır: Qafqaz Albaniyasının xristian irsi Azərbaycanın çoxəsrlik tarixinin ayrılmaz hissəsidir və bu irsin mənsubiyyətinin saxtalaşdırılmasına, abidələrin tarixi kimliyinin dəyişdirilməsinə yol verilə bilməz.

Ona görə də postmünaqişə dövründə Qarabağdakı Alban-xristian abidələrinin vahid elmi reyestrinin yaradılması, onların rəqəmsal formada sənədləşdirilməsi, beynəlxalq mütəxəssislərin iştirakı ilə arxeoloji və elmi tədqiqatların aparılması, tarixi mənbələrin müxtəlif dillərə tərcümə edilərək beynəlxalq elmi dövriyyəyə daxil edilməsi zəruridir. Biz nəyisə gizlətmirik, tam əksinə faktların saxtalaşdırılmadan dünya tarixşünaslığında yer almasının tərəfdarıyıq.

Ermənistandan fərqli olaraq, biz ən güclü arqumentlər kimi siyasi bəyanatları deyil, tarixi mənbə, arxeoloji fakt və elmi sübutları qəbul edirik. Qafqaz Albaniyasının xristian irsinin obyektiv şəkildə öyrənilməsi və təqdim edilməsi həm Azərbaycanın tarixi həqiqətlərinin beynəlxalq səviyyədə tanıdılmasına, həm də bütövlükdə Qafqazın mürəkkəb və zəngin tarixinin daha düzgün anlaşılmasına xidmət edəcək”.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər