İndoneziyada yanğınlar 175 min insanda tənəffüs yolu infeksiyasına səbəb olub
Nicat Hüseynli
İndoneziyada meşə və torpaq yanğınlarının təsir etdiyi ərazilərdə avqust ayından bəri təxminən 175 min insanda kəskin tənəffüs yolu infeksiyası qeydə alınıb.
Operativ Media xəbər verir ki, bu barədə İndoneziya Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumatına görə, 6 vilayətin 63 rayonunda infeksiya halları aşkarlanıb. Onlardan 40 363-ü 5 yaşadək uşaqların payına düşüb.
Yanğınlarla mübarizəyə 64 təyyarə və 54 394 nəfərlik heyət cəlb olunub.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma